Zimbabvedə müxalifət və hərbçilər Afrikanın aparıcı ölkələrinin “dinməz razılığı” ilə keçid hökumətinin yaradılması ilə bağlı danışıqlar aparırlar.
Elchi.Az Oxu.Az-a istinadən məlumat verir ki, bu barədə ABŞ-ın “CNN” telekanalı ölkənin aparıcı müxalifət “Demokratik dəyişikliklər naminə hərəkat” partiyasının liderlərindən birinə istinadla xəbər verir.
“Hakimiyyətin ötürülməsi prosesi gedir və onu bölgənin aparıcı dövlətləri səssizcə dəstəkləyirlər. Keçid hökumətinin yaradılması və onun tərkibinə müxalifətin daxil edilməsi ilə bağlı aktiv danışıqlar aparılır. Bu, artıq həll olunmuş məsələdir”.
Xatırladaq ki, müxalifət lideri, “Demokratik dəyişikliklər naminə hərəkat” partiyasının başçısı Morqan Tsvanqirai çərşənbə günü axşam saatlarında Zimbabvenin paytaxtı Harareyə qayıdıb. O, xarici ölkələrin birində onkoloji xəstəlikdən müalicə alırdı.



