Bakı Avropa Oyunları ictimai nəqliyyatda yeni müsibətə səbəb olacaq.
Bu yarışma ilə əlaqədar stadionun ətraf ərazilərində taksi xidməti məhdudlaşdırılacaq. Tia.az-ın əldə etdiyi məlumatda bildirilir ki, Nəqliyyat Nazirliyi “Koroğlu” metrostansiyası ətrafında yalnız “London” taksilərinin fəaliyyətinə imkan verəcək. Bundan başqa, fəaliyyətə başlayan yeni avtobusların da əsasən oyunların keçiriləcəyi istiqamətlərdə marşrut xəttinə buraxılması gözlənilir.
Bildirək ki, artıq oyunlar ərəfəsində paytaxta əlavə 200 ədəd “London” taksisi gətirilib. Bu işə baxan “Xalq Faiqoğlu” MMC tərəfindən 300 sərnişin avtobusu da sifariş edilib. Onlardan 50-si artıq Bakıdadır və marşrutlara buraxılır.



