Məlum olduğu kimi ,Prezidentin sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov təyin edilib. Arif Əsgərov isə nəqliyyat naziri Ziya Məmmədova müavin gəlib. Qeyd edək ki, Arif Əsgərov Ziya Məmmədov üçün başağrısına çevrilmişdi: «Dəmiryolçuların etirazları nəqliyyat nazirini hansısa addımlar atmağa məcbur etmişdi. Lakin Ziya Məmmədov yaxın adamı olan Arif Əsgərovu güdaza verməklə problemi həll etmək istəmirdi. Ziya Məmmədov ən optimal variant kimi Arif Əsgərovun yerini dəyişməyi məqsədəuyğun sayıb. Hefteaz.tv -ə verilən məlumata görə, Cavid Qurbanovun təyinatı Ziya Məmmədovun ürəyincədir. Çünki, «Azəryolservis»in artıq keçmiş sədri ilə Ziya Məmmədov arasında münasibətlər o qədər də ürəkaçan deyildi. Hakim ailə ilə yaxınlığı olan Cavid Qurbanov nazirlə hesablaşmırdı. O, «Azəryolservis»i müstəqil quruma çevirmək istəyirdi. Ziya Məmmədov isə bununla razı ola bilməzdi». Hefteaz.tv ehtimal edir ki, nazir Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları»na sədr gətirilməsinə razılıq verməyi optimal variant kimi baxıb.
Hefteaz.tv
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...



