"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədov Norveç klubunu cəzalandırmağa hazırlaşır

26 Yanvar 2015 - 15:43
in İDMAN

Ziya Məmmədov Norveç klubunu cəzalandırmağa hazırlaşır“İlk dəfə Avrokubok turnirində istirak edən Norveçin qadınlardan ibarət “Stad” voleybol komandasının rəsmi nümayəndələrinin Azərbaycan Voleybol Federasiyasının (AVF) ünvanına əsassız itihamları, o cümlədən “Anatoliya” hotelinin veb səhfəsində nalayiq, etikadan kənar yazılmış qərəzli yazıları ilə əlaqədar AVF tərəfindən Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyerə muvafiq qaydada muraciət olunacaq. Müraciətdə “Stad” komandasının AVF-dən rəsmi sürətdə üzr istəməsi və cəzalandırılması tələb ediləcək”.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu barədə “Trend”ə AVF-nin mətbuat xidmətindən Norveç mətbuatının “Azadlıq” radiosunda yayımladığı və onlara istinadən bəzi Azərbaycan veb-saytlarında “Stad” komandasının Azərbaycanda qalmaqalla qarşılaşması haqqında yer alan və ittihamlarla dolu məlumatlara münasibətində belə deyilib: “Əvvəla, AVF bəyan edir ki, bu məlumatlar tam əsassızdır. AVF bildirir ki, Azərbaycan Voleybol Federasiyaının, onun qurumlarının və federasiyanın prezidenti Ziya Məmmədovun “Anatoliya” otelinə heç bir aidiyyəti yoxdur.

İkincisi, Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokubok yarışlarının keçirilməsinə dair təlimatına uyğun yarışlarda iştirak edən hər bir komanda səfər oyunu zamanı otel seçimi, ödənişi və ölkəyə giriş vizasının alınması həmin komandanın öz öhdəliyindədir: “Norveç komandasının seçimi Norvec turist agentliyi, o cümlədən “Stad” klubu tərəfindən “Anatoliya” oteli ilə birbaşa danışıqlar əsasında həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, komanda həm turist agentliyi vasitəsilə, həm də birbaşa özləri komanda ücün “Anatoliya” otelində yerlər ayrılması məqsədilə fərqli sifarişlər veriblər. Bununla bağlı, “Anatoliya” oteli tərəfindən ayrı-ayrılıqda ikitərəfli fərqli sifariş qeydiyyata alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb və bu da öz növbəsində əlavə xərcə gətirib çıxarıb. Norveçin “Stad” komandası otel xidmətinin müvafiq xərclərinin ödənilməsindən imtina edikdə bu problemlər aşkara çıxıb. Yuxarıda qeyd olunan anlaşılmazlıq nəticəsində Norveçin “Stad” komandası ilə “Anatoliya” hoteli arasında maliyyə problemi yaranıb. AVF-nin, onun qurumlarının və prezidenti Z.Məmmədovun bu insidentə hec bir aidiyyəti yoxdur və heç bir məsuliyyət daşımırlar”.

Digər tərəfdən, “Stad” komandasının Azərbaycana girişi ücün dəvətnamənin vaxtında göndərilməsinə baxmayaraq, onlar Azərbaycanın İsveçdəki səfirliyinə sənədləri vaxtında təqdim etməyiblər: “Azərbaycan tərəfi istisna hal olaraq, müvafiq qurumlar vasitəsilə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Norveçin “Stad” komandasına viza verilməsini təmin edib. “Azerreyl” klubu “Stad” komandasını yalnız nəqliyyat vasitəsilə və məşq zalı ilə təmin edilməsi öhdəliyini daşıyır. Bunlardan əlavə, milli qonaqpərvərlik zəminində oyundan sonra, səhərisi gün “Stad” komandasının xahişlərini nəzərə alaraq voleybolçuların Bakıda gəzintisi və şəhərlə tanış olmaq məqsədilə onlara nəqliyyat vasitəsi ayrılıb və təmənnasız gəzinti təmin edilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycanın qonaqpərvər olduğu açıq-aydın bildirilib.

AVF-nin vitse-prezidenti Faiq Qarayevlə oyun oncəsi görüş zamanı Norveçin “Stad” komandası tərəfi Azərbaycana gəlişindən çox məmnun olduqlarını və heç bir problemlərinin olmadığını qeyd edib. Oyun maraqlı və dostluq zəminində keçib, oyun zamanı fəxri qonaq simasında Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu və onun xanımı, eləcə də digər fəxri qonaqlar istirak ediblər. Onu da nəzərə catdıraq ki, AVF öz fəaliyyəti dövründə milli yığma komandalar və klublar səviyyəsində mötəbər dünya və qitə turnirlərində iştirak edib, eləcə də onlara ev sahibliyi edib. Azərbaycanda keçirilmiş oyunların nəticəsindən asılı olmayaraq, daima digər komandalar AVF-nin təşkilatcılığından razı qalıb və dönə-dönə təşəkkürlərini bildiriblər”.

Qeyd edək ki, yanvarın 24-də virtualaz.org saytında bu haqda geniş yazı dərc olunmuşdu. “Ziya Məmmədovun oteli Norveç voleybolçularını girov saxladı” başlıqlı yazıda (əsli virtualaz.org-saytında) Norveç klubunun Bakıda üzləşdiyi problemlərdən bəhs edilridi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

Next Post

Azərbaycan manatı dünya üçüncüsü oldu – (Siyahı)

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Azərbaycan manatı dünya üçüncüsü oldu - (Siyahı)

Andreas Qross Azərbaycanı yenə tənqid etdi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.