Adının çəkilməsini istəməyən mənbə 28-may.az –a bildirib ki, ölkəmiz adından bu tədbirdə nəqliyyat naziri Ziya Məmmədov iştirak edəcək. Hətta nazir yaxın ətrafına deyib ki, bu səfər ABŞ prezidentinin təşəbbüsü ilə baş tutacaq.
Mənbə qeyd edir ki, Donald Trampın nəqliyyat nazirinə şəxsi dəvət göndərəcəyi təqdirdə Azərbaycan hakimiyyəti çətin ki, fərqli seçim etmək barədə qərar qəbul edə bilsin.
Xatırladaq ki, bir neçə gün əvvəl nəqliyyat naziri mətbuata verdiyi müsahibəsində “bəli, Trampla iş birliyimiz var” deyə bildirmişdi. Bunun təsadüfi olmadığını vurğulayan ekspert qeyd edir ki, açıqlamadakı əminlik intonasiyası özündə bir çox mətləbləri ifadə edir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçilrilməsi nəzərdə tutulan inaqurasiya mərasimində Azərbaycanı kim təmsil edə bilər?



