"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədova cinayət işi açıla bilər – 200 min adama qarşı dələduzluq

07 Fevral 2016 - 16:09
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Nəqliyyat Nazirliyi məhkəməyə verilə bilər.

Elchi.az xəbər verir ki, buna səbəb bir müddət əvvəl əhaliyə satılan “Nəqliyyat kart”ıyla bağlı problemlərin yaranmasıdır. Belə ki, 2 il əvvəl Nəqliyyat Nazirliyi avtobuslarda Plastik kartla ödəniş edilməsi üçün yeni avadanlıqlar quraşdırmış, avadanlıqlarla ödəniş etmək üçün isə satışa “Nəqliyyat kart” adlı plastik kartlar çıxarmışdı.

İlk olaraq 10 və 95 nömrəli marşrutlarda quraşdırılan bu aparatların tətbiqi plan üzrə 38 marşrut xəttində nəzərdə tutulurdu. Lakin bu, nəinki əlavə marşrutlara tətbiq olundu, əksinə bir müddət sonra adı çəkilən xətlərdə də kartla ödəniş mümkün olmadı. Hazırda vətəndaşların 2 manat verib aldıqları kart istifadəsiz qalıb. Məlumat üçün bildirək ki, 3 manata (2 manat kartın qiyməti, 1 manatsa gediş haqqı bonusu) təklif olunan bu kartlar qısa vaxtda təxminən 200 mindən artıq satılmışdı. Həmin vaxt qeyd olunmuşdu ki, alıcı istədiyi zaman kartın satış nöqtələrinə yaxınlaşa və 2 manat məbləği geri ala bilər. Amma hazırda kartın satışını həyata keçirmiş “Bank of Azərbaycan” bağlanıb, köşklərdə isə kartlar geri götürülmür.

Məsələ ilə bağlı aidiyyəti qurumların heç biri suallara cavab vermir. Nəqliyyat Nazirliyinin Mətbuat xidməti bu məsələdə də susmağı, gizlənməyi üstün tutur.

Belə olduqda vətəndaşlar hansı addımları atmalıdır?

Mütəxəssislər hesab edir ki, indiki vəziyyətdə vətəndaşların Nəqliyyat Nazirliyi məhkəməyə verməkdən başqa yolu qalmayıb.

Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bildirib ki, bu, vətəndaşların etibarından sui-istifadədir və vətəndaşlar məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Vəkilin sözlərinə görə, bu məsələ ilə bağlı cinayət işi də açılmalıdır: “Kart satılıb və heç bir nəticəsi olmayıbsa, hazırda o kartlardan istifadə olunmursa, bu, vətəndaşların mənafeyinə zərbə hesab olunur. Həm də dələduzluq yolu ilə onların pulları mənimsənilib. Bu səbəbdən kartların satışı ilə bağlı qərarı kim qəbul edibsə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmə” maddəsi ilə cinayət işi açıla bilər. Vurulan ziyan 7000 manatdan yuxarıdırsa sözügedən maddə ilə həmin şəxs 7 ildən 12 ilədək azadlıq məhrum edilə bilər.

Həm də həmin şəxs barəsində CM-nin 308.1-ci maddəsi ilə ittiham verilməlidir. Çünki həmin vəzifəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş sayılır. Bu maddə ilə vəzifəli şəxs 1000 manatdan 2000 manatadək cərimə və ya 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə və ya 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər”.

Natiq Həziquliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Next Post

1700 metr hündürlüyündə bina

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

1700 metr hündürlüyündə bina

Vaşinqton Türkiyə ilə kürdlər arasında seçim etməlidir - Ərdoğan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.