"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədovun ən yaxın adamının evi qəsdən yandırılıb – sensasion iddia

30 Oktyabr 2017 - 09:55
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərinin birinin kül olması ilə nəticələn müəmmalı yanğın haqda rayonda şayiələr gəzir; onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər

Oktyabrın  27-dən 28-nə keçən gecə Quba rayonunda dəhşətli yanğın olub. Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərində birində  gecə saatlarında başlayan müəmmalı yanğın bir neçə saat davam edib.  Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb.

Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var. 2012-ci ilin mart hadisələrindən sonra Qubaya icra başçısı təyin edilən M.Ağayev rayonda heç üç il işləyə bilmədi, amma ondan narazılıqlar qalır, tikdirdiyi obyektlər və villalar haqda isə indiyədək də danışırlar.

Yada salaq ki, Qubada 2012-ci ildə baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısı Rauf Həbibovun  yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsindən sonra baş vermişdi. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırmışdı. Belə bir gərgin vaxtda rayonun o zamankı kuratoru nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə (M.Ağayevlə sabiq nazir  bir rayondandır) rəhbər təyin edilən M.Ağayev isə etimadı doğrultmadı. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslı dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin “Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.

Related image

Onun rəhbərliyi dönəmində kütləvi etirazlar olmasa da, icra başçısının əhalinin deyil,  öz yaxın adamlarının  güzaranını fikirləşdiyi, rayon ərazisində  bir neçə yerdə villa tikdirdiyi xəbərləri mediada günlərlə müzakirə olunub. Ümumiyyətlə M.Ağayevin adı korrupsiyalaşmış məmurlar sırasında ön sıralarda çəkilib.

Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məlumatlar verilib. Qubanın problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda biznes obyektlərinin “göbələk” kimi artmasını da bilməyən yoxdur.

images_rauf hebibov 4.jpg (75 KB)

Təsadüfi  deyil ki, Z.Məmmədovun ən yaxın adamlarından biri kimi  tanınan M.Ağayev heç üç il keçməmiş icra başçısı vəzifəsindən azad edildi. 2015-ci ildə yenidən Göyçaya (o, 2006-2007-ci illərdə Göyçayın icra başçısı işləmişdi) rəhbər göndərilən M.Ağayev  bir il sonra  buradan da işdən çıxarıldı.

Ağayevin vəzifəsindən uzaqlaşdırılmasına əsas səbəb Ziya Məmmədovun “vurulması” və Göyçayla bağlı Prezident Administrasiyasına şikayətlərin çoxluğu ilə izah edilirdi. Onun Z.Məmmədovun qudasının rəhbəri olduğu Kənd Təsərrüfatı Nazirliyində nazir müavini təyin ediləcəyi deyilirdi. Çünki Azərbaycan Texnologiya İnstitutunu bitirən M.Ağayev ixtisasca texnoloqdur. Nazir müavini təyin edilməyən sabiq icra başçısına hansısa kiçik şöbə tapşırıldı.

Səhhətində problem olduğu deyilən M.Ağayev bir neçə ay əvvəl  Almaniyada  əməliyyat olunub. Hazırda harada olduğu barədə dəqiq bilgi yoxdur. Onun yanğının səhəri günü (oktyabrın 28-də) Qubaya getdiyi barədə  dəqiqləşməmiş xəbər var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədə vəziyyət necədi?

Next Post

Bu gün Akif Çovdarov və digərlərinə hökm oxunacaq

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Bu gün Akif Çovdarov və digərlərinə hökm oxunacaq

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.