Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bütün rayonlar onun əlindən alınacaq. Bu barədə Politika.az-a hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, nəqliyyat nazirinin nəzarətində olan rayonlardakı vəziyyəti araşdıran hakimiyyət dairələri durumun kifayət qədər pis olduğu qənaətinə gəliblər. Üstəlik, ən çox problemi olan və əhali arasında narazılıq yaşanan rayonlar da Ziya Məmmədovun kurasiyasındakı məntəqələrdə yaşanır. Rəsmi qurumlar belə qərara gəliblər ki, ümumiyyətlə, Məmmədovları bu işlərdən kənarlaşdırsınlar.
Politika.az-a açıqlama verən mənbə qeyd edib ki, əslində, bu Ziya Məmmədovun vurulması üçün son hazırlıqdır. Bunun üçün resurslarını işə salan sözügedən şəxsin hətta sərt təpki ilə qarşılaşdığı da vurğulanır.
Bildirilir ki, Ziya Məmmədovun özünün karyerası da sual altındadır. İddia edilir ki, nəqliyyat naziri yaxın vaxtlarda vəzifəsindən azad ediləcək.