"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziyalılar Ordubada səfər etdilər – İcra başçısı ilə görüşdülər – FOTO

24 Yanvar 2024 - 18:37
in XƏBƏR LENTİ

“Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə əslən Ordubad rayonundan olan, uzun illərdir Bakı şəhərində yaşayan ziyalılar yanvar ayının 22-də Ordubad şəhərinə səfər ediblər. Ziyalılar Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanını və Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək ehtiramlarını bildiriblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, daha sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşü keçirilib. Görüşün əsas mövzusu “Yeniləşən qədim Ordubad: gözləntilər və perspektivlər” idi. Dörd saata yaxın çəkən görüşün əvvəlində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində hər bir sahədə aparılan işlərdən, inkişafdan danışıb, əldə edilən nailiyyətlərə nəzər salıb.

Rəcəb Rəhimli Ordubadın hazırda görülən və görüləcək işlərlə bağlı məlumatlar verib, Ordubadın inkişafı yolunda əslən Ordubaddan olan iş adamlarının və ziyalıların dəstəyinin əvəzsiz olacağını bildirib. O cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və rifah halının yüksəldilməsi məqsədilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, bu proqramın məqsədi və prioritet istiqamətlərindən ətraflı danışıb. Dövlət Proqramında muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafının nəzərdə tutulduğunu, müvafiq proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlandığını bildirən İcra başçısı, Ordubadda həyata keçiriləcək rayonun gələcək inkişaf perspektivləri barədə danışıb.

Ordubad şəhərinin baş planının hazırlanmasından, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyindən, xüsusilə, Ordubad üçün önəmli olan konserv və ipəkçilik müəssisələrinin yenidən qurulmasından, tarixi abidələrin, qədim məhəllələrin restavrasiyası ilə turizm imkanlarının genişləndirilməsindən danışan Rəcəb Rəhimli, rayonun simasının tarixiliyin və müasirliyin vəhdətində yeni görkəm alacağını da ifadə edib. Bildirib ki, hazırda diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılışının reallaşması ilə Ordubad rayonu daha da sürətlə inkişaf edəcək. Heç şübhəsiz ki, müvafiq Dövlət Proqramı haqqında vətəndaşların məlumatlandırılması prosesində, rayonda kadr potensialının təkmilləşdirilməsində, onların formalaşdırılmasında, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində, eləcə də rayonunun hərtərəfli inkişafında uzun illər Bakı şəhərində məskunlaşan rayon ziyalılarının iştirakı zəruridir və mütləqdir. Rayon İcra Hakimiyyətinin başçısı bütün bu işlərdə, ictimai-siyasi həyatda hər bir ziyalını daha da fəal olmağa, rayonun inkişafında bilik – bacarıqları, səmərəli fəaliyyətləri ilə yaxından iştirak etməyə dəvət edib.

Görüşdə uzun illərdir Bakı şəhərində məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən ordubadlı ziyalılardan Professor, Azərbaycan Tibb Universitetinin Kafedra müdiri Çingiz Rəhimov, filosof, Türk dünyasının sevimli şairi Rüstəm Behrudi, Ramiz Babayev, Professor Müzəffər Məmmədov, Akademik, Fizika İnstitutunun şöbə müdiri Vəli Hüseynov, ⁠ Professor, AMEA-da şöbə müdiri Bəhlul İbrahimli, həkim-cərrah, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, Ali dərəcəli həkim-cərrah Telman İbadov, Ali dərəcəli həkim-terapevt İsa Cahanov, Mehrac Əliyev, jurnalist, köşə yazarı Çingiz Əliyev (Çingiz Özgür), dövlət xadimi Natiq Məmmədov, QHT sədri, ictimai fəal Kəmalə Ağazadə, Dosent, “Azərbaycan tarixçiləri” İctimai Birliyinin sədri Mehri Xanbabayeva, Ələsgər Mehdiyev, Bakı ŞİH əməkdaşı ⁠Füzuli Quliyev, Geodeziya və Kartoqrafiya Agentliyinin Həmkarlar İttifaqının sədri Ləyaqət Mövsümova, həkim-dermatoveneroloq, Azərbaycan Tibb Universitetinin Dermatoveneroloq kafedrasının professoru Zülfüqar Fərəcov, ⁠ İş adamı Rafiq Quliyev, Professor Aydın Mehdiyev, “AZENCO” ASC idarə heyəti sədrinin birinci müavini Ramazan Səfərov, həkim invaziv-kardioloq, Avrasiya Hospitalın həkimi Tofiq Sadıqov, həkim-terapeft Hacıağa Bağırov, hərbi ekspert Elxan Şıxəliyev, Dosent, arxeoloq Elvin Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, Həkim-stomotoloq, Uzman, həkim-cərrah, “Medical Plaza” Klinikasının Cərrahiyyə şöbəsinin müdiri Niyazi Qənbərli, Tibb üzrə fəlsəfə doktoru Təmraz Quliyev, müəllim Leyla Əliməmmədova iştirak ediblər.

Görüş zamanı Bakıda yaşayan, əslən ordubadlı olan ziyalılarla rayonun gələcək inkişafı ilə bağlı proqramların həyata keçirilməsi, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Hər bir ziyalı öz elinin inkişafı yolunda düşündüklərini dilə gətirib, təkliflərini səsləndirib. Ziyalılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, ölkəmizin əldə etdiyi Zəfər, günbəgün qazanılan uğurlarla qürur duyduqlarını ifadə ediblər və ölkədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı ilə bağlı görülən işlərə, dövlətimizin yüksəlişinə öz töhfələrini verəcəklərini bildiriblər.

Sonda “Tusi” Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri Yəhya Babanlı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə ziyalıları belə yüksək səviyyədə qarşıladıqlarına, bu görüşün təşkilinə, onlarla səmimi söhbətə, Ordubad rayonunun inkişafı üçün göstərdikləri xidmətlərə görə öz minnətdarlıqlarını bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, Yəhya Babanlı “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından Rəcəb Rəhimliyə xatirə olaraq gətirdikləri hədiyyələri təqdim edib.

Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı

Next Post

Sankt-Peterburqda avtobus insanların olduğu dayanacağa çırpılıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Sankt-Peterburqda avtobus insanların olduğu dayanacağa çırpılıb

Sankt-Peterburqda avtobus insanların olduğu dayanacağa çırpılıb

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatları məlum olub

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatları məlum olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.