"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Zon”da gərginlik

05 Fevral 2015 - 10:37
in GÜNDƏM

Məhkumlardan zorla ifadələr alınır; “tubzon”da saxlanılan hicab məhbusu işgəncələrə məruz qalıbimg1425850

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

14 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyamından ay yarım vaxt ötür. Bu müddət ərzində müəssisə əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalaraq öldürülən məhbus Elşad Babayevin məsələsi isə demək olar ki, qapadılıb.

Məhkumların yaxınları iddia edir ki, üsyanda iştirak edən və etməyən bütün məhbuslara qarşı kütləvi şəkildə işgəncələr hələ də davam edir. Cinayət işini ört-basdır etmək üçün məhkumlardan zorla ifadələr alınır. İfadə verməyənlər ya incidilir, ya da vərəmli xəstələr üçün nəzərdə tutulan və “tubzon” adlandırılan 3 saylı müəssisəyə köçürülüblər.
“Tubzon”da saxlanılan hicab məhbusu Araz Quliyevin qardaşı Anar Quliyev musavat.com-a açıqlamasında son durumla bağlı bunları dedi: ““Tubzon”a aparılandan sonra heç bir yenilik yoxdur. Hazırda orada əvvəlki qaydada saxlanılır. Görüşə icazə verilmir. Vəkil bir dəfə görüşüb. Hadisədən sonra qohum-əqrəbanın təkidi ilə bir dəfə görüşmüşük. Mətbuata bu barədə açıqlama vermişik. Əlaqə saxlamaq mümkün deyil. Telefonla danışacağını deyirlər. Amma hələ də danışmayıb. Görüşdə biz hər şeyin şahidi olduq. 6 nəfər nəzarətçi başının üzərində dayanmışdı. Hiss olunurdu ki, heç nə deməməsi barədə tapşırıq verilib. Sorğu-sualımıza cavab vermirdi. Qısa danışırdı. Vəziyyəti o qədər pis idi ki, özünü oturduğu stulda zorla saxlayırdı. Çox arıqlayıb. Görüşümüz cəmi yarım saat çəkdi. Hadisənin üstündən xeyli vaxt keçib. Bu müddətdə yalnız bir dəfə görüşmək çox şeydən xəbər verir. Hiss edirik ki, nəsə gizlədilir”.
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər məhbus, Müsavat başqanının müavini Yadigar Sadıqov tibb müəssisəsinə köçürülüb. Başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah qiyamdan sonra müəssisə daxilindəki vəziyyətdən danışdı: “Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Məlum hadisədən sonra onunla görüşmüşəm. Yadigar bəy o proseslərdə hər hansı bir formada iştirak etməyib. Müşahidələri bundan ibarət olub ki, Elşad Babayevin öldürülməsindən sonra məhbuslar etiraz ediblər. Nəticədə müəyyən yerlər dağıdılıb. Ondan sonra müəssisə daxilində ümumi rejim sərtləşdirilib. Telefon danışıqları dayandırılıb. Məhbusların kameraları nəzarətə götürülüb. Başqa heç bir məlumat almaq mümkün olmayıb”.
Cavanşir ABBASLI

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Maral Tahirqızı həbs olundu

Next Post

Ermənisayağı cığallıq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Ermənisayağı cığallıq

Suriyada mülki vətəndaşların qətliamı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.