Elchi.az xəbər verir ki, Meta-nın CEO-su Mark Zukerberq sosial şəbəkədəki paylaşımında Tvitter sahibi İlon Maskın “qəfəslə döyüş” təklifini qəbul etdiyini açıqlayıb .
Zukerberq İnstaqram hesabında “Mənə yeri göndər” paylaşaraq, Maskın “Belə olarsa, qəfəs döyüşünə hazıram” ifadəsini işlətdiyi tvitinin skrinşotunu sitat gətirib.
Verge-nin redaktoru Alex Heath Tvitter paylaşımında Meta sözçüsü Zuckerberg-in Musk ilə mübarizədə ciddi olduğunu qeyd edib.
Zukerberqin paylaşımına cavab olaraq Musk UFC döyüşlərinin keçirildiyi Las-Veqasdakı Octagon Arena ilə bağlı “Vegas Octagon” ifadəsini işlədib.
Başqa bir tvitində Musk, “Mənim heç bir şey etmədən rəqibimin üstünə uzandığım Morj adlandırdığım gözəl bir hərəkətim var”,-deyib.
Nuranə Məmmədova





